Ağsu Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə  “Vətən sevgisi” kitabının təqdimatı keçirilib

16 iyun tarixində Uşaq-Gənclər İnkişaf Mərkəzində Ağsu Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şəhid gizir Ramin Hüseynovun ömür yolundan, Qarabağımız uğrunda göstərdiyi qəhrəmanlığından bəhs edən “Vətən sevgisi” kitabının təqdimatı keçirilib.

Tədbir iştirakçıları başlangıcda  torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə iştirak edən qonaqlar tərəfindən qəhrəmanın həyatı, döyüş yolu və göstərdiyi şücayətlər haqqında məlumatlar verilib, eləcə də məktəblilər Şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Qeyd edək ki. Ramin Hwseynov ölümündən sonra “Vətən uğrunda” medalı, “Döyüşdə fərqləndiyinə görə” medalı, “Füzulinin azad edilməsinə görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

 


Açar sözlər: ,