26.11.2021

Ağsu Rayon Təhsil Şöbəsinin şura iclası keçirilib

26 noyabr 2021-ci il tarixdə Ağsu Rayon Təhsil Şöbəsinin şura iclası keçirilib.İclası təhsil şöbəsinin müdiri Əlmirzə Məmmədov açdı.Sonra isə  şəhər 4 saylı tam orta məktəbin XI sinif şagirdi Mürsəlov Pünhan Sübhan oğlunun  12-15 noyabr 2021 - ci il tarixlərdə Bosniya - Hersoqavinanın Sarayeva şəhərində taekvondo idman növü üzrə gənclər arasında keçirilən Avropa birinciliyində bürünc medala layiq görüldüyünə görə, Soltan Umbayev adına şəhər 2 saylı tam orta məktəbin VI sinif şagirdi Səmədzadə Nəzrin Xəyyam qızı isə “Zəfər Günü”nə həsr olunmuş ümumrayon tədbirində nümunəvi çıxışına görə rayon təhsil şöbəsi tərəfindən Təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olundular.

İclasın gedişində təhsil şöbəsinin noyabr ayı üçüniş planına uyğun olan  məsələlər müzakirə olundu. İş planında adları qeyd olunan məktəblərdə aparılan kompleks monitorinqin nəticələri barədə aparıcı məsləhətçi Natiq Heydərov məlumat verdi. Təhsil şöbəsinin digər əməkdaşları da müxtəlif məsələlər ətrafında öz fikirlərini bildirdilər.

Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırıldı.