15.10.2021

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bununla əlaqədar olaraq bu gün Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbdə müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbirdə Azərbaycan dili və ədəbiyyat müəllimi F.Məlikova Aşıq Ələsgərin həyat və yaradıcılığından danışıb. Həmçinin IXa sinif şagirdləri tərəfindən aşığın yaradıcılığına aid şeirlər səsləndirilib.


Açar sözlər: ,  ,  ,