12.10.2021

"Səyyar kitabxana" layihəsi uğurla davam edir

11 oktyabr tarixində  Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi rayonda "Səyyar kitabxana" layihəsinin qonağı olub. “Səyyar kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada elektron nəşrlər də var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Kitabxana noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər oxucuların ixtiyarına verilib.

 


Açar sözlər: ,  ,