11.10.2021

“Zəfər Günü”nə həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib

Ağsu Rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Respublikası İdman Könüllüləri İctimai Birliyinin və Ağsu Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 11 oktyabr 2021 - ci il tarixdə Ağsu şəhər Aslan Nadirov adına 1 №-li məktəb-liseydə “Zəfər Günü”nə həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. Birincilikdə 13 ümumtəhsil tam orta məktəb komandasından ümumilikdə 65 nəfər məktəbli iştirak edib.

Yarışda I yerə Soltan Umbayev adına 2 saylı tam orta məktəbin, II yerə Aslan Nadirov adına 1 №-li məktəb liseyin, III yerə isə Məmməd Mirzəməmmədov adına Aratkənd kənd tam orta məktəbin komandaları layiq görülüblər.

Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplomla təltif olunublar.

 


Açar sözlər: ,