23.09.2021

Qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib

Ağsu Rayonu İcra Hakimiyyətinin  inzibati binasında  Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.

Görüşdə Ağsu Rayon İcra Hakimiyyətinin müavini Sevil Mirzəliyeva,Ağsu Rayon Təhsil Şöbəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Əlmirzə Məmmədov və qəbul imtahanında yüksək nəticə göstərən məzunlar iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Ağsu Rayon İcra Hakimiyyətinin müavini Sevil Mirzəliyeva tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb.

Əlmirzə müəllim isə qeyd edib ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bu il də  məzunlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər. Belə ki, 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini 522 nəfər məzun bitirib. Məzunlardan 292 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə sənəd verən məzunlardan 123 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 2 nəfər 600-dən, 12 nəfər isə 500-dən yuxarı bal toplayıb.

Sonda tələbə adını qazanan məzunlara Fəxri fərman, qiymətli hədiyyələr təqdim edili və  xatirə şəkilləri çəkilib.

 


Açar sözlər: ,  ,