26.09.2021

“Anım Günü” ilə əlaqədar məktəblərdə tədbirlər keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.09.2021-ci il tarixli, F-429 nömrəli əmri, və məktəin tədbirlər planına uyğun olaraq 27 sentyabr “Anım Günü” ilə əlaqədar məktəblərdə tədbirlər keçirilib.

Prezident  İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı sərəncama əsasən Respublikamızda 27 sentyabr “Anım Günü” kimi qeyd olunur. Bununla əlaqədar olaraq Ağsu rayon Çiyni kənd tam orta məktəbinin bir qrup müəllim və şagirdləri Şəhidlərin məzarlarını ziyarət edib və şəhid ailələrində olublar. Tədbirlərin əvvəlində Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib

Belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda böyüməsini, Şəhidlərin hər zaman yad edilməsini, vətənə məhəbbətsevgi aşılamaqdır.Keçrilən  tədbirlərdə şagirdlər tərəfindən qələbə əzmli şeirlər səsləndirilib. Şəhidlərimiz heç vaxt unudulmayacaq, biz onların xatirəsini hər zaman uca tutmalıyıq. Gələcək nəsillər onları unutmamalı, daim yad etməlidir.

 Allah bütün Şəhidlərə rəhmət eləsin.

 


Açar sözlər: ,