24.09.2021

Ənənəvi şəkildə tədrisə başlanılıb

Respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Ağsu rayon ümumi təhsil müəssisələrinin I-IV sinifləri  22 sentyabr 2021-ci il tarixdən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq ənənəvi şəkildə tədrisə başlayıb. Təhsil müəssisələrində ilk dərslər Təhsil Naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Ağsu rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun müxtəlif məktəblərində olaraq 2021-2022-ci tədris ilinin ilk günündə məktəblərin təlim-tərbiyə prosesinin təşkili ilə yaxından maraqlanıb, pedaqoji kollektivə və şagirdlərə uğurlar arzulanıb. Onu da qeyd edək ki, sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə ənənəvi tədrisə başlanılacaq.