30.06.2021

Onlayn iclas keçirilib

30 iyun tarixində Ağsu Rayon Təhsil Şöbəsinin tədris ili üçün yekun olaraq növbəti onlayn iclası keçirilib.

Əvvəlcə Cabir müəllim IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri barədə məktəb rəhbərlərinə məlumat verib. Sonra aparıcı məsləhətçilər Əlmirzə Məmmədov, Natiq Heydərov və Metodkabinetin direktoru Elnur Fərzəlizadə  iyun ayının iş planına uyğun olaraq qeyd olunan məsələlər barədə fikirlərini bildiriblər.

Sonda “Yay məktəbləri” layihəsinin gedişi barədə də iclas iştirakçılarına məlumat verilmiş və bu prosesin ən yaxşı iştirakçılarının mükafatlandırılması da qərara alınmışdır

 


Açar sözlər: ,  ,  ,