25.06.2021

Aratkənd kənd tam orta məktəbində  pedaqoji kollektiv ilə görüş keçirilib 

25 iyun  tarixində Ağsu rayon Məmməd Mirzəməmmədov adına Aratkənd kənd tam orta məktəbində  pedaqoji kollektiv ilə görüş keçirilib. Tədbirdə Təhsil Şöbəsinin müdiri Aqil Həsənov cənabları da iştirak edib. Kollektivlə tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.

Məktəbin ibtidai sinif müəllimi Gülnarə Xalıqovaya Təhsil Şöbəsi tərəfindən, coğrafiya müəllimi Aynur Abdullayevaya isə məktəb rəhbərliyi tərəfindən Fəxri Fərman təqdim edilib.