24.06.2021

“Təhsilin ulduzu” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə təhsil işçiləri arasında baş tutan “Təhsilin ulduzu” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə müsabiqənin Münsiflər heyətinin üzvləri-Şahlar Əsgərov, Vəfa Kazdal, Nəcəf Allahverdiyev, Rəşad Bayramov iştirak ediblər və finalçılılar mükafatlandırılıb.

Münsiflər heyəti tərəfindən seçilən 4 finalçıya- Abdulxaliq Məmmədli, Elçin Abbasov, Fatimə Məmmədova, Lalə Orucova diplom və hədiyyələr təqdim edilib. Müsabiqədə birincilik qazanan Lalə Orucova isə həmçinin “Təhsilin ulduzu” kuboku ilə təltif edilib.

Mərasimdə çıxış edən Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, şura üzvü, əməkdar müəllim Asif Cahangirov, natiqliq üzrə mütəxəssis Nəcəf Allahverdiyev, kommunikasiya mütəxəssisi Rəşad Bayramov müsabiqənin əhəmiyyətindən söz açaraq finalçıları təbrik ediblər.

Qeyd edək ki, Fatimə Məmmədova Ağsu rayon Sarvan kənd ümumi orta məktəbin ibtidai sinif müəllimidir.


Açar sözlər: ,  ,