10.06.2021

"Şəhərini və Qəhrəmanını tanıt” layihəsi çərçivəsində görüş keçrilib

10 iyun 2021-ci il tarixdə "Şəhərini və Qəhrəmanını tanıt” layihəsi çərçivəsində Ağsu rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli məktəb-liseydə pandemiya şəraiti gözlənilməklə görüş həyata keçirilib. Görüşdə layihəyə  şəhidlərimizlə bağlı təqdim olunan  videolar, məlumatlar haqqında danışılıb.

Belə ki, şagirdlər yaşadığı ərazinin qəhrəmanını tanıtmaq məqsədi ilə videoçarxlar  hazırlayıblar.

Tədbirdə Ağsu RTŞ-nin müdiri A.Həsənovun,RTŞ-nın aparıcı məsləhətçisi  N. Heydərovun, məktəbin direktoru Sənan Nemətovun və digərlərinin iştirakı ilə qazilərimizlə şagirdlərin görüşü baş tutub. Görüşün əsas məqsədlərindən biri müharibə iştirakçılarına mənəvi dəstək olmaq  olub. Görüş şəhidlərin xatirəsini yad etməklə başlayıb. Açılışı Masallı rayonundan qonaq gələn İkinci Qarabağ müharibəsində baş leytenant, tağım komandiri kimi fəaliyyət göstərən tarix müəllimi Ceyhun Qurbanov edib. Ceyhun Qurbanov öz döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Ağsu rayonundan olan  müəllim Elnur Heydərov və müharibə iştirakçısı Şahin Səfərov şagirdlərimizlə vətənpərvərlik haqqında maarifləndirici söhbət ediblər. Döyüş yolları ,illər sonra ayaq basdıqları Qarabağ haqqında təəssüratlarını şagirdlərlə bölüşüblər.

Sonda şagirdlər, məktəbin müəllim kollektivi, qonaqlarla məktəbin adını daşıdığı Birinci Qarabağ müharibəsində Şuşa uğrunda döyüşlərdə şəhid olmuş Aslan Nadirovun büstü qarşısında və İkinci Qarabağ Şəhidlərinin abidələri qarşısında şəkil çəkdiriblər.