15.06.2021

“Son zəng” tədbirləri keçirilib

14 iyun tarixində  Ağsu rayonunun ümumtəhsil məktəblərində karantin qaydalarına əməl olunmaqla “Son zəng” tədbirləri qeyd olunub.Tədbir iştirakçıları məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıblar.

Qeyd olunmalıdır ki, 2020-2021-ci tədris ilində Ağsu rayon ümumtəhsil məktəblərinin XI siniflərini 521 nəfər şagird bitirib. Bu tədris ilinin IX sinfini 751 nəfər şagird, 53 məktəbəhazırlıq qrupu üzrə isə 729 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində rayon üzrə 920 nəfər uşağın I sinfə qəbul ediləcəyi isə proqnozlaşdırılır.