12.06.2021

"Yay məktəbi"nin təşkili ilə bağlı canlı yayım olacaq

14 iyun saat 17:00-da Ağsu Rayon Təhsil Şöbəsinin rəsmi "Facebook" səhifəsində ümumi təhsil müəssisələrində "Yay məktəbi"nin təşkili ilə bağlı canlı yayım olacaq. Canlı yayımda sualları Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Aqil Həsənov cavablandıracaq. Sualları bu postun rəy bölməsinə sabah (14 iyun) saat 14:00-a kimi yaza bilərsiniz.