10.06.2021

"Yay  məktəbi"  ilə baglı onlayn iclas keçirilib

10 iyun tarixində Ağsu Rayon  Təhsil Şöbəsinin növbəti onlayn iclası keçirilib. İclasda məktəb rəhbərləri ilə yanaşı valideynlərin də iştirakı təşkil olunub. İclas zamanı yay məktəblərinin təşkilinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq təlimatı məktubuna uyğun olaraq təmin edilməsi və bu təhsil prosesinin üstünlükləri barədə müzakirələr aparılıb.

Sonda iclas iştirakçılarını maraqlandırılan suallar cavablandırılıb.