09.06.2021

IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinə əsasən  ən yüksək bal toplayanlarla görüş keçirilib

9 iyun tarixində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinə əsasən   Ağsu Rayon Təhsil Şöbəsi  üzrə ən yüksək nəticə göstərən Ağsu  şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Həsənli Hüseyn Rövşən oğlu ilə məktəbdə görüş keçirilib.

Qeyd edək ki, Həsənli  Hüseyn 265 bal toplayaraq  bu nəticəni əldə edib.

Həmin məktəbin şagirdi Mustafazadə Xədicə Yalçın qızı  da 252 bal toplayaraq fərqlənmə attestatına namizəd verilib.

Görüşdə iştirak edən Ağsu RTŞ-nın müdiri Aqil Həsənov  cənabları hər iki şagirdi təbrik etmiş və  onları Fəxri Fərmanla da  mükafatlandırmışdır.