09.06.2021

Respublika Fənn Olimpiadalarının final mərhələsində Heydərov İsa II yerə layiq görülüb

9  iyun tarixində  Ağsu Rayon Təhsil Şöbəsində Respublika Fənn Olimpiadalarının final mərhələsində yüksək nəticə göstərərək II yerə layiq görülən   M.Rəhimov adına Musabəyli kənd tam orta məktəbin X sinif şagirdi Heydərov İsa Mehman oğlunun mükafatlandırılması keçirilib.

Tədbirdə Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Aqil Həsənov cənabları bu böyük nailiyyət  münasibətilə Heydərov İsanı təbrik edərək , ona gələcək fəaliyyətində də uğurlar arzulamışdır.

Qeyd edək ki, Heydərov İsa 2019-2020-ci tədris ilində isə  tarix fənni üzrə keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsində  ən yüksək nəticə göstərərək I yerə layiq görülmüşdür.