27.05.2021

VI məktəblilərarası fənn müsabiqələrinin və  Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilib

Mayın 25-də VI məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi, 26-da isə Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilib.

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə keçirilən olimpiadalarda Ağsu rayonundan fənn müsabiqəsində 12 nəfər, məntiq olimpiadasında isə 19 nəfər şagird iştirak edib. Nəticələrin yaxın günlərdə elan ediləcəyi gözlənilir.

Şagirdlərimizə uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,  ,  ,