06.05.2021

Aratkənd kənd tam orta məktəbində sağlam sosial-emosional mühitin formalaşdırılması mövzusunda tədbir keçirilib

Ağsu rayon Məmməd Mirzəməmmədov adına Aratkənd kənd tam orta məktəbində sağlam sosial-emosional mühitin formalaşdırılması mövzusunda tədbir keçirilib.

Tədbirdə məktəbdə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, sağlam psixoloji mühitin rolu barədə geniş məlumatlar verilib.

Sonda sağlam mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılmış  və   videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,  ,