09.04.2021

A.T.Nadirov adina Ağsu şəhər 1 saylı məktəb-liseydə  reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbir keçrilib

9 aprel 2021-ci il tarixində A.T.Nadirov adina Ağsu şəhər 1 saylı məktəb-liseydə Azərbaycan Respublikası Təhsil Nazirliyinin  F-57 nömrəli əmrinə əsasən yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirici tədbir keçirildi.

Tədbirdə iştirak edən  məktəbin müəllim və  müxtəlif yaş qruplarına aid olan şagirdləri  bu cür  tədbirlərin davamlı olaraq keçirilməsini bildirmişlər.

Məktəbin direktor müavini   Səfərova Dilşad və  psixoloqu  Mirzəyeva Səkinənin  təşkilatçılığı  ilə baş tutan tədbir qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşmışdır.


Açar sözlər: ,  ,  ,