19.02.2021

Beynəlxalq Ana dili gününə həsr edilmiş tədbir keçirilib.

      17 fevral 2021-ci il tarixdə Ağsu şəhər 3 saylı tam orta məktəbdə 21 fevral Beynəlxalq Ana dili gününə həsr edilmiş tədbir keçirilib.Tədbirdə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, eləcə də dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib.Şagirdlər tərəfindən Ana dilinə həsr olunmuş şeirlər söylənilib, səhnəciklər göstərilib.İştirakçılar tədbirin yüksək səviyyədə təşkil olunmasından və şagirdlərin gözəl çıxışlarından xüsusi zövq aldıqlarından və bir daha onların dilimizə olan sevgilərindən söhbət açıblar.

     Tədbirin keçirilməsində əsas məqsəd doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi çatdırılmasına nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaq olub.