15.02.2021

Rüspublika fənn olimpiadalarının birinci-rayon mərhələsi keçirilib.

     Ağsu şəhər 3 saylı tam orta məktəbdə 10-12 fevral tarixlərində 2020-2021-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib.Mövcud pandemiya şəraitinə uyğun olaraq şagird sıxlığının minimuma endirilməsi məqsədilə fənlər üzrə olimpiadaların fərqli günlərdə keçirilməsi nəzərdə tutulmuşdur.

     10 fevral 2021-ci il tarixdə riyaziyyat və kimya fənləri üzrə, 11 fevral 2021-ci il tarixdə fizika, coğrafiya, biologiya fənləri üzrə, 12 fevral 2021-ci il tarixdə isə Azərbaycan dili və ədəbiyyat və tarix fənləri üzrə olimpiadalar təşkil olunmuşdur.Rayon üzrə olimpiadada şəhər və kənd məktəblərindən ümumi olaraq 268 nəfər şagird iştirak etmişdir.