15.02.2021

Təhsil Şöbəsində Vətən Müharibəsində iştirak edən təhsil işçiləri ilə görüş keçirilib.

     Ağsu Rayon Təhsil Şöbəsində 44 günlük Vətən Müharibəsində  iştirak edən təhsil işçiləri ilə görüş keçirilib.Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri Aqil Həsənov Vətən qarşısında öz borcunu layiqincə yerinə yetirən şəxslərə öz minnətdarlığını bildirib.

    Qeyd olunub ki, 44 günlük müharibə ərzində rayonun təhsil işçilərindən 10 nəfər döyüş əməliyyatlarında iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş təhsil işçilərinə "Fəxri fərman" və hədiyyələr təqdim olunub.