11.02.2021

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub.

     Ağsu şəhər 3 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub.Tədbir iştirakçıları Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıblar.Milli Qəhrəmana məxsus müxtəlif şəkillər, onun haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış olunub.

     Qeyd edək ki, bu il ötən illərdən fərqli olaraq Milli Qəhrəmanın doğum günü Zəfər günündən sonra qeyd edilir.Bildirmək lazımdır ki, həmin tədbir rayonun bir sıra təhsil müəssisələrində də keçirilib.