05.01.2021

"Kiçik Akademiya" nın dekabr ayı üzrə onlayn hesabat yığıncağı keçirilib.

 

        30 dekabr 2020-ci il tarixdə Ağsu rayon Təhsil Şöbəsinin nəzdində yaradılan “Kiçik Akademiya” nın hesabat yığıncağı keçirilib.

Keçirilən tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Aqil Həsənov, idarənin digər əməkdaşları, məktəb direktorları, “Kiçik Akademiya” nın prezidentləri, vitse prezidenti, üzvlər və dəvət edilmiş qonaqlar iştirak ediblər.

     Tədbirə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da qoşularaq tədbirin əhəmiyyətini qeyd etmiş və bu işdə uğurlar arzulayıb. Tədbirdə iştirak edən digər bir qonaq olan Şamaxı rayon Təhsil Şöbəsinin əməkdaşı Anar müəllim də tədbirin əhəmiyyətini qeyd etməklə yanaşı pandemiya şəraitinə uyğunluğunu da xüsusi qeyd edib.

     Dekabr ayı üzrə müəyyən edilmiş məsələlərə uyğun olaraq müzakirələr aparılıb, hazırlanmış videoçarxlar, təqdimatlar dinlənilib və dekabr ayının ən yaxşılarının seçilməsi üçün onlayn səsvermə həyata keçirilib.”Kiçik Akademiya” nın loqosu, bayrağı və qeydiyyat blankı da yekdilliklə qəbul edilib.