03.12.2020

Ağsu rayon Rafiq Hüseynov adına Kəndoba kənd tam orta məktəbdə "Alkoqolizmə yox deyək" adlı onlayn tədbir keçirilib.

      02 dekabr 2020-ci il tarixdə Rafiq Hüseynov adına Kəndoba kənd tam orta məktəbin biologiya və kimya müəllimi Məmmədova Ziba Əziz qızının təşkilatçılığı və V-IX sinif şagirdlərinin iştirakı ilə "Microsoft Teams" proqramından istifadə etməklə "Alkoqolizmə yox deyək" adlı  onlayn tədbir keçirilib.

     Tədbirdə məktəblilərin zərərli vərdişlərdən qorunması,onlarda sağlam həyat tərzinin formalaşdırılması, yeniyetmələr arasında alkoqolizm meyllərinin, cinayətkarlıq hallarının qarşısının alınması ilə bağlı məlumatlar verilib.Qeyd etmək lazımdır ki, şagirdlərin pis vərdişlərdən uzaqlaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi ilə bağlı digər məsələlər barədə də şagirdlərlə söhbətlər aparılıb, bəşəriyyət üçün böyük təhlükə olan bu dəhşətli bəlanın yayılmasının qarşısını  almaq  üçün hamılıqla mübarizə aparılmasının vacibliyi bir daha nəzərə çatdırılıb.