Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun ( Armed Mişel) 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbdə müəllimlərin və şagirdlərin iştirakı ilə onlayn tədbir keçirilib. İlk öncə Ə.Cəbrayılovun həyat və yaradıcılığına aid videoçarx nümayiş etdirilib. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məlahət Mürsəlova və məktəbin 7-ci sinif şagirdi Aydan Mahmudova qəhrəmanın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış ediblər.