27.11.2020

Ağsu rayon Ağamalı Qurbanov adına Ləngəbiz kənd tam orta məktəbdə Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi ilə əlaqədar tədbir keçirilib.

            5 oktyabr 2020-ci il tarixdə Ləngəbiz kənd tam orta məktəbdə xüsusi karantin qaydalarına əməl olunmaqla Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyuinə həsr edilən tədbir keçirilib.Tədbirdə ədibin həyat və yaradıcılığından, mədəni-ictimai fəaliyyətindən söz açılıb.

           9 oktyabr 2020-ci il tarixdə keçirilən "Əbdürrəhim bəy Haqverdiyevin teatr mədəniyyətinin yüksəlişində rolu" mövzusunda dəyirmi masada VIII və IX sinif şagirdlərinin iştirakı təşkil olunub.Ədibin yeni əsərlər yazmaqla bərabər teatra yaxından köməklik göstərdiyi də vurğulanıb.Oktyabr ayı ərzində məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri Səbinə Cəbiyeva və Aytac Hidayyətli tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı haqqında açıq dərslər təşkil olunub.14 oktyabr 2020-ci il tarixdə Ə.Haqverdiyevin əsərlərinin oxusunun müzakirəsi aparılıb.Müzakirədə  məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri, kitabxanaçı və fəal şagirdlər iştirak edib.