25.11.2020

Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi ilə əlaqədar onlayn tədbir keçirilib.

21 noyabr 2020-ci il tarixdə Rafiq Hüseynov adına Kəndoba kənd tam orta məktəbdə Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq "Microsoft Teams" proqramından istifadə etməklə onlayn tədbir keçirilib.

Tədbirdə məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Nuralıyeva Aytən Elman qızının təşkilatçılığı ilə VIII və IX sinif şagirdlərinin iştirakı təşkil olunub. Əhmədiyyə Cəbrayılovun həyat yolu haqqında ətraflı məlumat verilib, bununla bağlı videoçarx nümayiş olunub.