18 noyabr tarxdə Ağsu rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 2020-2021-ci tədris ili üçün "Kiçik Akademiya"nın yeni təşkilat komitəsinin seçilməsi ilə bağlı onlayn iclas keçirilib.
İclasda Ağsu rayon Təhsil Şöbəsinin müdiri A.Həsənov başda olmaqla, RTŞ-nın əməkdaşları, eləcə də tam və ümumi orta məktəblərin məktəb direktorları,"Kiçik Akademiya"nın prezidenti və valideyn komitəsinin sədri iştirak edib.
Gündəlikdə 3 məsələnin olduğu iclasda 2020-2021-ci tədris ili üçün yeni təşkilat komitəsi seçilmiş, istedad bankı formalaşmış və dekabr ayı üçün iş planı təsdiq edilmişdir.