05.11.2020

"Hər şey Vətən üçün!" mövzusunda onlayn şeir müsabiqəsi keçirilmişdir.

Ağsu rayon Gənclər və İdman idarəsinin və Ağsu rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 22 sentyabr- 6 oktyabr 2020-ci il tarixlərdə uşaq, yeniyetmə və gənclər arasında "Hər şey Vətən üçün!" mövzusunda keçirilən onlayn şeir müsabiqəsinə yekun vurulub.

Ağsu şəhər 3 saylı tam orta məktəbin VIIIa sinif şagirdi Piriyeva Xumar Bəxtiyar qızı birinci yerə, Ağsu şəhər 3 saylı tam orta məktəbin IVd sinif şagirdi Həmidzadə Teymur Seymur oğlu ikinci yerə, Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəbin IX sinif şagirdi Əsgərova Nəzakət Valeh qızı isə üçüncü yerə layiq görülmüşlər.

Yer tutan şagirdlər münsiflər heyəti tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.