29.10.2020

Ağarx kənd tam orta məktəbdə Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

8 oktyabr 2020-ci il tarixdə Ağarx kənd tam orta məktəbdə Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi ilə əlaqədar xüsusi karantin qaydalarının tələblərinə əməl olunaraq tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə məktəbin direktoru Rasim Hüseynzadə açdı.Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Vüqar Hüseynov yazıçının həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verdi.

IXb sinif şagirdi Vüsalə İsayeva yazıçının "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlığından və jurnalda dərc olunan hekayələrindən danışdı.