31 oktyabr 2020-ci il tarixində Ağsu Rayon Təhsil Şöbəsində onlayn konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 oktyabr 2020-ci il tarixdə keçirdiyi müşavirənin tələblərindən irəli gələn məsələlər müzakirə olunub.
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub.
Aslan Soltanov adına Qəşəd kənd tam orta məktəbdə Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi ilə əlaqədar xüsusi karantin qaydalarının tələblərinə əməl olunaraq tədbir keçirilmişdir.
Aslan Soltanov adına Qəşəd kənd tam orta məktəbdə Nəriman Nərimanovun anadan olmasının 150 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
2 oktyabr 2020-ci il tarixdə Qəşəd kənd tam orta məktəbdə Təhsil Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi ilə əlaqədar xüsusi karantin qaydalarının tələblərinə əməl olunaraq tədbir keçirilmişdir.
2020-2021-ci tədris ilinin başlanması məqsədi ilə Valideynlərlə onlayn görüş keçirilmişdir. Bu görüşdə rayonun ümümtəhsil məktəblərində fəaliyyət göstərən valideyn komitəsinin sədrləri , məktəbdə oxuyan şagirdlərin valideynləri iştirak etmişdir. Təhsil Şöbəsinin müdiri Aqil Həsənov iclasda çıxış etmiş və bu tədris ilində görüləcək işlər haqqında valideynlərə məlumat çatdırmışdır.