“ Təhsildə ketfiyyət ili” çərçivəsində tədbir keçrilmişdir .

    Azərbaycan Respublikası Təhsil Nazirinin “2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili “ elan edilməsi ilə əlaqədar “ 28 avqust 2017-ci il tarixli əmri ilə təsdiq edilmiş Fəaliyyət planının icrası ilə bağlı rayon Təhsil Şöbəsi tərəfindən 27 oktyabr 2017-ci il tarixdə Çiyni kənd tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin direktorlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçrilmişdir .Tədbiri rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumtəhsil məktəblərinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür . Ona görə də Təhsil Naziri cənab M.Cabbarovun müvafiq əmrindən irəli gələn məsələlərin həlli təhsil işçilərinin qarşısında böyük vəzifələr qoymuşdur.

    Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşlarından Natiq Heydərov, Əlmirzə Məmmədov, Elnur Fərzəlizadə, Xətai Mirzəyev çıxış edərək “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi ilə bağlı görülmüş və görüləcək işlərdən danışmışlar. Tədbirdə həmçinin ayrı-ayrı məktəb direktorları çıxış etmiş və fikir mübadiləsi aparılmışdır .

     Axırda tədbir iştirakçıları rayonun nümunəvi məktəblərindən olan Çiyni kənd tam orta məktəbin pedaqoji kollektivinin işi ilə tanış olmuşlar .