31 Mart azərbaycanlıların soyqırımı günüdür

   Rayonun bütün ümumtəhsil məktəblərində 31 Mart azərbaycanlıların soyqırımı günü qeyd edilmişdir. Ağarx kənd tam orta məktəbində də bu münasibətlə  tədbir keçirilmişdir. Tədbiri məktəbin direktor müavini R.Mövlamov açıq elan edərək soyqırım haqqında məlumat vermiş, soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin dirketoru Rasim Hüseynzadə və digər natiqlər çıxış edərək XIX və XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı əsasız torpaq iddialarından,”Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanaraq millətimizə qarşı etnik təmizlənmə siyasəti aparmaqla kütləvi qətillər və soyqırım aktlarının həyata keçirmələrindən söz açmışlar. Onlar 1918-ci ilin martında ermənilərin Ağsu rayonunun bəzi kəndlərində də qətliamların həyata keçirildiyini qeyd edərək Azərbaycan həqiqətlərinin dünya ictimaətinə çatdırılmasının zəruriliyini tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.Tədbir məktəblilərin hazırladıqları kompazisiya ilə davam etdirilmişdir.


Açar sözlər: ,  ,