Rayonun bütün ümumtəhsil məktəblərində Novruz bayramı qeyd edilib

    Rayonun bütün ümumtəhsil məktəblərində olduğu kimi Q.Kərimov adına Təklə kənd tam orta məktəbində də Novruz bayramı qeyd olunub. Tədbirdə İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva, məktəbin pedaqoji kollektivi və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehman Əlyarov milli bayramımızın tarixi haqqında məlumat verdi. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva da iştirakçıları təbrik edərək dövlətin milli adət-ənənələrə xüsusi diqqət göstərməsindən söz açdı. Çıxış edən digər natiqlər də milli bayramlarımızın qeyd edilməsinin vacib olduğunu bildirərək adət-ənənələrimizlə bağlı fikirlərini iştirakçılarla bölüşdülər. Tədbir şagirdlərin hazırladıqları bayram adət-ənənələrini özündə əks etdirən maraqlı səhnəciklərlə, mahnılarla davam etdirildi.                                                                                                                                                     

   Faytonda Bahar qızın meydana daxil olması iştirakçılar tərəfindən alqışla qarşılandı.


Açar sözlər: ,  ,