Aqil Xəlgüllah oğlu Həsənov

Aqil Xəlgüllah oğlu Həsənov

1963-cü ildə Ağsu rayonunun Mustafalı kəndində anadan olub.

Bakı  Dövlət Universitetinin tarix fakültəsini  bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib.

2001-2007-ci illərdə Ağsu rayonu Mustafalı kənd ümumi orta məktəbində ixtisası üzrə müəllim işləyib.

2007-2011-ci illərdə Ağsu rayonu Mustafalı kənd ümumi orta məktəbində direktor  işləyib.

2011-2020-ci illərdə Muradlı kənd tam orta məktəbində direktor işləyib.

Ağsu rayon İcra Hakimiyyəti başçısının 24 aprel 2020-ci il tarixli, 56 nömrəli sərəncamı ilə Ağsu rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Evlidir, 3 oğlu var.