Səftər İxtiyar oğlu Əlabbasov

1976-cı ildə Ağsu rayonunun Daşdəmirbəyli kəndində anadan olub.

Azərbaycan Beynəlxalq Universitetinin riyaziyyat və informatika fakultəsini bitirib.

2005-2013-cü illərdə Ağsu rayonu Daşdəmirbəyli kəndində ixtisası üzrə müəllim və direktor müavini işləyib.

2013-2016-ci illərdə Ağsu rayonu Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb.

2016-2017-ci illərdə Ağsu rayonu Təhsil Şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Ağsu rayon İcra Hakimiyyəti başçısının 28 iyul 2017-ci il tarixli, 125 nömrəli sərəncamı ilə Ağsu rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Evlidir , 2 oğlu var.