23.05.2020

Ağsu rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında onlayn bilik yarışı.

Ağsu rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 23.05.2020-ci il tarixdə Rayon Təhsil Şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə onlayn bilik yarışı keçirilib. Təhsil Şöbəsinin metodiki kabinetinin direktoru Elnur Fərzəlizadənin aparıcılığı ilə baş tutan yarışda 30 nəfər seçilmiş şagird iştirak edib. Zoom proqramı üzərindən aparılan onlayn bilik yarışı üç turdan və hər bir turda on iki sual olmaqla iştirakçılara 48 sual təqdim olunub.Sonda ən çox düzgün suala cavab verən 3 nəfər qalib şagirdə tutduğu yerlərə görə diplom və mükafat veriləcək