15.05.2020

Onlayn videokonfrans keçirilib

15  may tarixində Ağsu  Rayon Təhsil Şöbəsinin müdiri Aqil Həsənov , RTŞ əməkdaşları və məktəb direktorlarının iştirakı ilə  onlayn videokonfrans keçirilib.

Videokonfransda müəllim və şagirdlərin virtual məktəb layihəsində iştirak dinamikası, şagirdlər tərəfindən teledərslərin izlənilməsi və onlayn dərslərdə iştirak etmələri , mövcud olan problemlər, uşaqların birinci sinifə qəbulu vəziyyəti və sair  kimi məsələlər    müzakirə edilib  və  müvafiq tapşırıqlar verilib.

Sonda Ağsu RTŞ-nin müdiri A.Həsənov ona ünvanlanmış sualları da cavablandırıb.

 


Açar sözlər: ,  ,  ,