13.05.2020

Ümummilli Lİder Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan" mövzusunda onlayn şeir müsabiqəsinə yekun vurulub

Ağsu Rayon Gənclər və İdman İdarəsi və Ağsu Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 4-7 may 2020 - ci il tarixlərdə elan edilən Ümummilli Lİder Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan" mövzusunda onlayn şeir müsabiqəsinə yekun vurulub.

Müsabiqədə  rayonun 69 ümumtəhsil məktəbində təhsil alan 137 nəfər şagird iştirak  edib.

M.Kərimov adına Növcü kənd tam orta məktəbin IX sinif şagirdi Soltanova Fatimə və  şəhər 4 saylı tam orta məktəbin III sinif şagirdi Hüseynli Kövsər birinci yeri tutaraq  münsiflər heyəti tərəfindən  diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.