11.05.2020

Karantin dövrünün tələbinə uyğun olaraq onlayn videokonfrans keçirilib

8 may tarixinAğsu  Rayon Təhsil Şöbəsinin müdiri Aqil Həsənov , RTŞ əməkdaşları və məktəb direktorlarının iştirakı ilə karantin dövrünün tələbinə uyğun olaraq onlayn videokonfrans keçirilib. Videokonfransda  Aqil  Həsənov bildirib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərin 9-11-ci sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turu keçirilib. Münsiflər heyəti rayonun ümumi təhsil müəssisələri üzrə 9-11-ci sinif şagirdləri arasından Təhsil Şöbəsinə təqdim edilmiş namizədlərin video təqdimatını müsabiqənin qiymətləndirmə meyarları əsasında qiymətləndirmiş, kvotaya uyğun olaraq qalib müəyyən edilib. Müsabiqənin qalibi Ağsu  şəhər 2 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Əlizadə Ülviyyə  Namiq qızının  video təqdimatı respublika final mərhələsinə göndərilib.

Müəllim və şagirdlərin virtual məktəb layihəsində iştirak dinamikası, şagirdlər tərəfindən teledərslərin izlənilməsi və onlayn dərslərdə iştirak etmələri , mövcud olan problemlər, uşaqların birinci sinifə qəbulu vəziyyəti və sair  kimi məsələlər də   müzakirə edilmiş və  müvafiq tapşırıqlar verilib.

Sonda Ağsu RTŞ-nin müdiri A.Həsənov işçiləri maraqlandıran sualları cavablandırıb və növbəti günlərdə məktəb rəhbərlərinin iştirakı ilə müşavirə keçiriləcəyini bildirib.