04.03.2020

Təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir

3 mart tarixində də Ağsu Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində koronavirus(COVİD-19) təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər davam  etdirilib.

Rayonun  ümumtəhsil müəssisələrində  dezinfeksiyaedici   proseslər  bu dəfə   Çiyni, Növcü, Musabəyli, Padar, Padarqışlaq kənd tam orta, Qaravəlli, Sarvan, Padar ümumi orta  və   Axunlu, Bəyimli,Hacıqədirli kənd ibtidai məktəblərində   həyata keçirilib.

Məsələnin  ciddiliyinin nəticəsi olaraq  qərara alınıb ki,  bütün mümkün vasitələrdən maksimum istifadə etməklə 9 marta qədər  bu prosesin  başa çatdırılması təmin edilsin.

 


Açar sözlər: ,  ,