27.02.2020

Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş rəsm müsabiqəsi keçirilib

Ağsu şəhər 3 saylı tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş rəsm müsabiqəsi keçirilib.Müsabiqədə 51 nəfər seçilmiş istedadlı şagird iştirak edib.

Müsabiqə kiçik yaşlı uşaqların hazırladıqları səhnəcik və kompozisiyalarla başlayıb. Sonra isə iştirakçılar 2 saat ərzində şəkil çəkiblər. Müsabiqənin sonunda üç yaş qrupu üzrə 1,2,3 -cü və həvəsləndirici yerləri  tutan şagirdlər  Ağsu Rayon Təhsil  Şöbəsi  tərəfindən mükafatlandırılıblar.


Açar sözlər: ,  ,  ,  ,  ,