26.02.2020

Xocalı soyqırımının 28-ci ildönümü  qeyd  olunub

 26 fevral  tarixində bütün respublikamızda olduğu kimi,   Ağsu Rayon Təhsil  Şöbəsinin tabeliyində olan ümumtəhsil  müəssisələrində  də Xocalı soyqırımının 28-ci ildönümü  qeyd  olunub.

 Keçirilən  tədbirlərdə XX əsrin ən böyük  facıəsi olan  Xocalı faciəsi haqda  məlumatlar verilmiş  və  ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliamın, amansızlığın və vəhşiliyin  təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönələn  bir    vandalizm aktı olduğu  qeyd  edilib.

Tədbirlərdə məktəblilər də yaxından  iştirak  etmiş və   hazırladıqları  kompozisiyalarla  faciənin  misilsiz formada həyata keçirildiyini   iştirakçılara  nümayiş etdiriblər.