25.02.2020

Azərbaycan ədibi və maarifçisi Abdulla Mustafa oğlu Talıbzadənin (Abdulla Şaiqin) anadan olmasının 139-cu ildönümü  qeyd olunub

24  fevral tarixində  Muradlı  kənd tam orta məktəbində görkəmli Azərbaycan ədibi və maarifçisi Abdulla Mustafa oğlu Talıbzadənin (Abdulla Şaiqin) anadan olmasının 139-cu ildönümü  qeyd olunub. Tədbirdə XX əsr Azərbaycan ədəbiyyatının təşəkkül tapıb inkişaf etməsində  şair, naşir və dramaturq kimi Abdulla Şaiqin böyük əməyinin olduğu, onun Azərbaycanda uşaq ədəbiyyatının, xüsusilə milli uşaq dramaturgiyasının yaranmasında  misilsiz xidmətlər göstərdiyi vurğulanıb.

Tədirdə  həmçinin  o fikir də vurğulandı  ki, Azərbaycan xalqının neçə-neçə nəsli Abdulla Şaiqin uşaqlar üçün müxtəlif janrlarda qələmə aldığı gözəl sənət nümunələrindən faydalanıb və indi də faydalanmaqda davam edir.

Sonda  Abdulla  Şaiq yaradıcılığından müxtəlif  nümunələr  şagirdlərin ifasında  tədbir  iştirakçılarına  təqdim  olunub.


Açar sözlər: ,  ,  ,