13.02.2020

“Kiçik  Akademiya”ların növbəti   hesabat   yığıncağı keçirilib

11 fevral  tarixində Ağsu Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin  akt zalında  Ağsu Rayon  Təhsil Şöbəsi nəzdində yaradılmış “Kiçik Akademiya”nın  növbəti  hesabat  yığıncağı  keçirilib. Keçrilən tədbirdə “Kiçik Akademiya”nın Rəyasət  heyəti, Ağsu şəhər  məktəbləri- şəhər 1 saylı ,2 saylı ,3 saylı,4 saylı,5  saylı, Muradlı və  Musabəyli kənd tam orta  məktəblərinin  “Kiçik Akademiya”ları, həmçinin  Ağsu Rayon Təhsil  Şöbəsinin əməkdaşları, məktəb direktorları və müəlimlər iştirak  edib.

Tədbirin  əvvəlində Təhsil Şöbəsinin “Kiçik  Akademiya”larla əlaqəli  məsul şəxsi Heydərov Natiq növbəti  görüşün maliyyəti və  məqsədi  barədə  məlumat  verərək , təqdim ediləcək  lahiyə və çıxışların   hər birinə 15 dəqiqə  vaxt  ayrıldığını  bildirdi. Təhsil Şöbəsinin  müdiri Səftər Əlabbasov  isə  “Kiçik Akademiya”ların fəaliyyətinə  uğur  arzulayaraq, ”Rayon Kiçik  Akademiya”sından gözlənilən nəticələrin   böyük olduğunu  qeyd  etdi.

Keçrilən  tədbirdə təqdim olunan  lahiyələr  və çıxışlar tamaşaçılar tərəfindən  də  maraqla  qarşılandı.

Sonda  qarşılıqlı  fikir  mübadilə  aparıldı və  növbəti tədbirdə daha  kütləvi şəkildə  iştirak etmək  məktəb  rəhbərlərində tələb  edild