08.02.2020

A.Soltanov adına Qəşəd kənd tam orta məktəbində Azərbaycan  Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd edilib

7  fevral   tarixində  A.Soltanov adına Qəşəd kənd tam orta məktəbin Azərbaycan  Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd edilib.

Məktəbin pedaqoji kollektivi,şagirdlər və  valideynlərin  iştirak  etdiyi  tədbirdə  çıxış  edən  natiqlər Mübariz  İbrahimovun qəhrəmanlıgından  söhbət  açaraq, onun Azərbaycan   əsgərinə  örnək  olacaq bir  həyat  yoluna sahib  olduğunu da  qeyd  etdilər.

Tədbirdə  çıxış  edən  şagirdlər  Mübariz  İbrahimova həsr  olunan  şeir  nümunələri  və  müxtəlif əsərlərdən  parçalar  ifa  edərək  Mübariz  ömrünün müxtəlif  anlarını da ifalarında canlandırdılar.

Tədbirin sonunda    Mübariz  İbrahimova  həsr  olunan sənədli  film  də  nümayiş  etdirilib


Açar sözlər: ,  ,  ,