30.01.2020

Növbəti təhsilyanı şura iclası keçirilib 

29 yanvar tarixində Ağsu Rayon Təhsil Şöbəsinin növbəti şura iclası keçirilib.

Aratkənd kənd tam orta məktəbinin 2019/2020-ci tədris ilində istifadəyə verilən yeni   binasının akt zalında keçrilən şura iclasında Təhsil Şöbəsinin işçiləri, məktəb direktorları və digər aidiyyatı  şəxslər iştirak edib.

Şura iclasından əvvəl iştirakçılar yeni tikilən məktəb binası ilə tanış olublar .

Yüksək standartlara cavab verən məktəb binasının tikilməsinə görə iclas iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını  bildiriblər.

Sura  iclasında  2019/2020-ci tədris ilinin birinci yarımilinin, RFO-larının rayon mərhələsinin və  IX siniflər üçün sınaq imtahanlarının nəticələri müzakirə olundu.

İclasda həmçinin Padar kənd tam orta və Qiyaslı kənd ümumi orta məktəblərində keçirilmiş monitorinqin nəticələri müzakirə  edilb.

Sonda   qarşılıqlı  fikir  mübadiləsi  aparıldı.