25.01.2020

Padar  kənd tam orta  məktəbində  kompleks  monitorinq keçirilib

23  yanvar  tarixində  Padar  kənd  tam  orta  məktəbində  Ağsu Rayon Təhsil  Şöbəsinin   iş  planına   uyğun olaraq  təhsil  şöbəsinin əməkdaşlarından   ibarət   yaradılmış  işçi   qrupu  tərəfindən   kompleks  monitorinq  keçirilib.

İki  gün davam edən  monitorinq  zamanı  təhsil  müəssisəsinin  bütün fəaliyyəti    işçi  qrupu   tərəfindən araşdırılmaqla  mövcud   olan  nöqsanlar   müəyyən  edilib.

Sonda  monitorinqin  müzakirəsi  aparılmış , müəyyən  edilmiş  nöqsanlar   kollektivin  diqqətinə  çatdırılıb.

Monitorinqin   müzakirəsi   zamanı  isə  kollektiv   yekdilliklə  həm də  belə  bir  fikri  vurğuladı  ki,  müəyyən  edilmiş   nöqsanlar  tezliklə  aradan  qaldırılacaq.